Nazirlik: Ermənilərin cəbhəyə yaxın yaşayış məntəqələrini atəşə tutması nəticəsində təhsil müəssisələrinə ciddi ziyan dəyib

Nazirlik: Ermənilərin cəbhəyə yaxın yaşayış məntəqələrini atəşə tutması nəticəsində təhsil müəssisələrinə ciddi ziyan dəyib
# 28 aprel 2016 11:04 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. "Ermənistan ordusu cəbhə xəttinə yaxın ərazilərdəki təhsil müəssisələrini də atəşə tutur".

Təhsil Nazirliyindən APA-nın sorğusuna verilən cavabda bildirilib ki, aprelin 27-dən 28-nə keçən gecə cəbhə xəttinə yaxın yaşayış məntəqələrinin işğalçı Ermənistan ordusu tərəfindən ağır artilleriyadan atəşə tutulması nəticəsində Azərbaycanın bir sıra təhsil müəssisələrinə də ciddi zərər dəyib.

Ümumilikdə, işğalçı Ermənistan ordusu tərəfindən yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində cəbhə xəttində yerləşən bölgələrin ümumi təhsil müəssisələrində tədris prosesi pozulub.

Təhsil Nazirliyi işğalçı Ermənistan silahlı qüvvələri tərəfindən beynəlxalq huquq prinsiplərinə zidd olaraq, cəbhəboyu ərazilərdə dinc əhalinin, təhsil müəssisələrinin atəşə tutulmasını pisləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR