Ötən il Gürcüstandan Azərbaycana gətirilən avtomobillərin sayı 5 dəfə azalıb

Ötən il Gürcüstandan Azərbaycana gətirilən avtomobillərin sayı 5 dəfə azalıb
# 21 yanvar 2016 06:33 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics.Ötən ilin yanvar-dekabr aylarında Gürcüstandan Azərbaycana 63 567,3 min dollar dəyərində 3 455 ədəd minik avtomobili ixrac olunub.

Bu barədə “APA-Economics” Gürcüstan Milli Statistika Xidmətinə istinadən məlumat verib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14 098 ədəd avtomobil və ya 5,08 dəfə azdır. Ötən ilin analoji dövrü ilə müqayisədə Gürcüstandan ixrac olunan minik avtomobillərinin həcmi dəyər baxımından 4,21 dəfə azalıb.

Qeyd edək ki, ötən il ərzində Gürcüstandan Azərbaycana ixrac olunan malların ümumi həcmində bu kateqoriyanın xüsusi çəkisi 26,44% təşkil edib.

Hesabat dövründə Gürcüstandan Azərbaycana ixrac olunan avtomobillərin həcmi bu ölkənin ümumi avtomobil ixracının 35,38%-ni təşkil edib.

Ötən il ərzində ölkənin ümumi ixracında isə Azərbaycana ixrac olunan məhsulların xüsusi çəkisi 10,91% təşkil edib.

Qeyd edək ki, 2015-ci ildə Gürcüstandan Azərbaycana 240 430,2 min dollar dəyərində məhsul ixrac edilib ki, bu da ötən ilin 12 ayı ilə müqayisədə 2,26 dəfə azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR