Dünya bazarında qızıl 5 dollaradək ucuzlaşıb

Dünya bazarında qızıl 5 dollaradək ucuzlaşıb
# 21 yanvar 2016 06:07 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Amerika fond bazarında Dow Jones indeksi 1,56% - 15 766,74 bəndədək, S&P 500 1,17% - 1 859,33 bəndədək, NASDAQ 0,12% - 4 471,69 bəndədək azalıb.

APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında FTSE 100 indeksi 3,46% - 5 673,58 bəndədək, Almaniya DAX-ı 2,82% - 9 391,64 bəndədək, Fransa CAC-40-ı 3,45% - 4 124,95 bəndədək ucuzlaşıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyası 4,70 dollar azalaraq 1 101,50 dollara, gümüş isə 0,01 dollar artaraq 14,17 dollara satılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR