"Petkim"in rəhbərliyində daha bir dəyişiklik olub

"Petkim"in rəhbərliyində daha bir dəyişiklik olub
# 07 sentyabr 2016 07:41 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Sentyabrın 6-da SOCAR-ın Türkiyədəki törəmə müəssisəsi "Petkim Petrokimya Holding A. Ş."-nin İdarə Heyətinin növbədənkənar ümumi yığıncağı keçirilib.

"Petkim"dən "APA-Economics”ə verilən məlumata görə, iclasda bu il ərzində İdarə Heyətinin üzvlüyünə təyin edilmiş şəxslər təsdiq edilib.

Bundan başqa, İdarə Heyətinin üzvü olan Sadettin Korkutun yerinə İlhami Özşahin seçilib. Xatırladaq ki, İdarə Heyəti İ. Özşahin İdarə Heyətinin müstəqil üzvü olub və bu ilin aprelində müstəqil üzvlükdən çıxıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR