Rusiya Xəzərdə geniş miqyaslı hərbi təlim keçirib

Rusiya Xəzərdə geniş miqyaslı hərbi təlim keçirib
# 10 iyul 2016 12:07 (UTC +04:00)

Bakı-APA. Rusiya hərbi aviasiyası və donanması Xəzər dənizində geniş masştablı təlim keçirib.

APA-nın “1tv.ru” saytına istinadən verdiyi məlumata görə, bir həftə ərzində 20-dən çox hərbi gəmi aviasiya ilə birlikdə şərti düşmənin zərbələrini dəf etmək və onu məhv etməklə bağlı tapşırığı yerinə yetirib.

Rusiyanın Xəzər donanmasının təlimi Xəzəryanı ölkələrin hərbi gəmilərinin iştirakı ilə keçiriləcək beynəlxalq yarışa hazırlıq xarakteri daşıyıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR