Bu il 350 nəfər vakant dövlət qulluğu vəzifələrinə uyğun sayılıb

Bu il 350 nəfər vakant dövlət qulluğu vəzifələrinə uyğun sayılıb
# 11 avqust 2016 12:26 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının növbəti iclası keçirilib. TQDK-dan APA-ya verilən məlumata görə, iclasda sədr Məleykə Abbaszadə, sədrin müavinləri Namiq Babayev, Bəhram Xəlilov, Şuranın üzvləri Ceyhun Bayramov, Niyazi Hacıyev, Kamil Aydazadə və DİM-in İcraçı direktoru Vəfadar Misirov iştirak ediblər.

Məlumata görə, iclasın gündəliyi əsas etibarilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın (DQMK) həyata keçirdiyi işlər barədə hesabatın dinlənməsindən ibarət olub. DİM Direkorlar Şurasının sədr müavini B. Xəlilov bildirib ki, Komissiya tərəfindən vakant dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə 9 fevral, 11 və 18 mart 2016-cı il tarixində elan edilmiş müsabiqə 17 iyul 2016-cı il tarixdə başa çatıb: “Müsabiqəyə 76 dövlət orqanında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan 482 vakant dövlət qulluğu vəzifəsi çıxarılıb və bu vəzifələrin tutulması üçün 7332 vətəndaş Komissiyada namizəd kimi qeydiyyatdan keçib. Qeydiyyatdan keçmiş namizədlərin 4603 nəfəri müsabiqənin test imtahanı mərhələsində iştirak edib və onlardan 1306 nəfəri müvəffəqiyyət qazanaraq müsahibə mərhələsinə buraxılıb.

Müsabiqənin müsahibə mərhələsində iştirak etmək hüququ olan 1306 namizəddən 953 nəfəri bu hüquqdan istifadə edib və onlardan 350 nəfəri vakant vəzifələrə uyğun bilinib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR