Elmar Məmmədyarov türkmənistanlı həmkarı ilə görüşüb

Elmar Məmmədyarov türkmənistanlı həmkarı ilə görüşüb
# 22 sentyabr 2016 08:40 (UTC +04:00)

Bakı-APA. Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 71-ci sessiyasında iştirakı çərçivəsində Türkmənistan Nazirlər Kabineti Sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, görüşdə iki ölkə arasında əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Ölkələrimiz arasında enerji, nəqliyyat, mədəni və humanitar sahədə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğu vurğulanıb.

Nazirlər Azərbaycan-Türkmənistan-Türkiyə üçtərəfli əməkdaşlıq formatının əlaqələrin daha da inkişafına töhfə verdiyini deyiblər. Bu xüsusda tərəflər üçtərəfli formatda energetika nazirləri və xarici işlər nazirlərinin qarşıdan gələn görüşlərinin gündəliyini müzakirə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR