Hacıqabulda baş verən avtoqəzada bir nəfər ölüb

Hacıqabulda baş verən avtoqəzada bir nəfər ölüb
# 17 sentyabr 2015 21:31 (UTC +04:00)

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, hadisə 23.00 radələrində Bakı-Qazax magistralının Hacıqabul rayonu Atbulaq kəndi ərazisində qeydə alınıb. Zərbaliyev Cavid Sahib oğlunun idarə etdiyi “MAN” markalı 99 HN 824 dövlət nömrə nişanlı yük avtomobili ilə Mustafayev Bilal Maqsud oğlunun idarə etdiyi Mercedes markalı 85 BV 958 dövlət nömrə nişanlı mikroavtobus toqquşub. Nəticədə mikroavtobusda olan sərnişin Bakı şəhər sakini, 1956-cı il təvəllüdlü Cahangirov Cahangir Yaqub oğlu kəllə-beyin və çoxsaylı bədən xəsarətlərindən hadisə yerində keçinib. Digər sərnişin Ələt qəsəbə xəstəxanasına yerləşdirilib.

Faktla bağlı BDYPİ-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR