"Azərenerji"nin SOCAR-a təxminən 350 mln. manat borcu var

"Azərenerji"nin SOCAR-a təxminən 350 mln. manat borcu var
# 27 aprel 2016 14:42 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar ayının 1-ə “Azərenerji” ASC-nin SOCAR-a 416 mln. manat borc var idi. “APA-Economics” xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidenti Süleyman Qasımov bildirib.

S. Qasımov qeyd edib ki, Nazirlər Kabineti bununla bağlı müvafiq sərəncam imzalayıb və dövlət subsidiyası hesabına borcun müəyyən bir hissəsi silinib: “Sərəncamdan sonra 314 milyon manat məbləğində yeni borc yarandı. Üstəlik, bu ilin ilk üç ayı ərzində borcun üzərinə 30 milyon manat gəlib. Nəticədə “Azərenerji”nin SOCAR-a təxminən 350 milyon manata yaxın borcu yaranıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR