MDB-yə sədrlik 2017-ci il yanvarın 1-dən Rusiyaya keçəcək

MDB-yə sədrlik 2017-ci il yanvarın 1-dən Rusiyaya keçəcək
# 16 sentyabr 2016 17:06 (UTC +04:00)

Bakı - APA. Bu gün MDB-nin Bişkekdə keçirilən sammitində quruma sədrliyin 1 yanvar 2017-ci ildən Rusiyaya keçməsi barədə qərar qəbul edilib.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Qırğızıstan prezidenti Almazbek Atambayev bildirib.

A. Atambayev prosedura uyğun olaraq MDB dövlət başçıları Şurasının iclasında Rusiya prezidenti Vladimir Putinə Rusiyanın MDB-yə sədrliyi qəbul edib-etmədiyi barədə sual verib. V. Putin isə bu vəzifəni şərəflə qəbul etdiklərini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR