Bakıda top mərmisi tapılıb

Bakıda top mərmisi tapılıb
# 29 yanvar 2016 14:30 (UTC +04:00)

Bakı-APA. Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Binəqədi rayonunda döyüş sursatının aşkar olunması barədə məlumat daxil olub.

APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexnikləri hadisə yerinə cəlb olunaraq döyüş sursatına baxış keçirib. Sursatın top mərmisi olduğu müəyyənləşdirilib. Onlar mərmini xüsusi ayrılmış ərazidə zərərsizləşdiriblər. Əməliyyat saat 15:55-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR