Azərbaycanlı yazarın İstanbulda kitabı çap edilib

Azərbaycanlı yazarın İstanbulda kitabı çap edilib
# 10 dekabr 2015 23:23 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə-APA. İstanbuldakı “Anatolia” nəşriyyatı azərbaycanlı yazıçı Eyvaz Zeynalovun “Eski bisiklet” (“Köhnə velosiped”) adlı hekayələr kitabını çap edib. APA-nın Türkiyə bürosunun məlumatına görə, kitaba müəllifin müxtəlif dövrlərdə yazdığı 20 hekayə daxil edilib. ”Eski bisiklet” kitabının işıq üzü görməsi münasibəti ilə APA-ya açıqlama verən “Anatolia” nəşriyyatının sahibi Şərəf Yılmaz deyib:”Biz Eyvaz Zeynalovun müasir Azərbaycan nəsrində önəmli yeri olduğunu bildiyimiz üçün onun kitabını məmnuniyyətlə çap etdik. Zeynalovun əsərləri Azərbaycan cəmiyyətinin gündəlik həyatından real mənzərələri əks etdirir, ona görə də cəmiyyət həyatını araşdıran elm adamları o əsərlərdən hərtərəfli şəkildə istifadə etməlidirlər. Bu yaxınlarda Eyvaz bəyin Almaniyada da kitabının çap edildiyini bilirik. Biz onunla əməkdaşlığı davam etdirərək gələcəkdə romanlarını da çap etmək niyyətindəyik. Ümumilikdə biz Türk dünyasının ciddi ədəbiyyat nümunələrini çap etməkdə həmişə tərəddüdsüz davranacağıq”.

İlk nəşri 2000 min tiraj olan “Eski bisiklet” kitabı artıq Türkiyənin ən önəmli topdan kitab satışı firmalarına göndərilib. 160 səhifəlik kitabın pərakəndə satış qiyməti təxminən 6 ABŞ dollarıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR