Suriya Azadlıq Ordusu vahid hərbi blok yaratdığını bəyan edib

Suriya Azadlıq Ordusu vahid hərbi blok yaratdığını bəyan edib
# 01 may 2016 17:31 (UTC +04:00)

Bakı-APA. Bu gün Müxalif Suriya Azadlıq Ordusu Suriyanın istənilən rayonunda hücumlara reaksiya vermək üçün vahid hərbi blok yaratdığını bəyan edib.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bəyanatı Azad Suriya Ordusunun tərkibindəki 37 bölük imzalayıb.

Sənəddə atəşkəs rejiminin praktiki olaraq aradan qalxdığı, hökumət qüvvələrinin xüsusən Hələbi intensiv bombaladığı qeyd edilib.

Qeyd edək ki, Suriyada atəşkəs rejimi fevralın 27-də qüvvəyə minib. Atəşkəs BMT Təhlükəsizlik Şurasının terror təşkilatı kimi tanıdığı İŞİD, “Əl-Nusra” və digər qruplaşmaların olduğu rayonlar əhatə etmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR