Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 6 Oktyabr - VİDEO

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 6 Oktyabr - <span style="color: red;">VİDEO
# 06 oktyabr 2015 17:18 (UTC +04:00)

Rusiya təyyarələrinin Türkiyənin hava məkanını pozmağa başlaması Ankaraya mesajdır. Suriyada aktiv hərbi əməliyyatlara başlamaqla hələ də hegemon dövlət olduğunu isbatlamağa çalışan Rusiya region dövlətlərinə mesaj verir: “Kimin yanında olduğunuzu dəqiqləşdirin!” Moskva hər kəsi reallıqlarla hesablaşmağa çağırır və rusların reallıq kimi təqdim etdikləri mənzərə budur: “İŞİD-ə qarşı gerçək mübarizə aparan Rusiyadır, Moskva Qərbin bir ildə görə bilmədiyi işi bir həftədə görüb, Əsədin yanında artıq gerçək bir müttəfiq var. Və istər region ölkələri, istərsə də Qərb Suriya planlarında bu müttəfiq faktoru ilə barışmalıdır”. Kremlin Ankaraya verdiyi mesajın məqsədi “mənimləsən, ya deyilsən?” sualına cavab almaq məqsədi daşımır, Kreml bu suala “bəli, sənin yanındayam” cavabı almaq istəyir. Əks təqdirdə Rusiya-Türkiyə münasibətləri mahiyyətini kökündən dəyişə bilər. Hazırda hər iki ölkənin birgə əməkdaşlıq etdiyi “Türk axını”, Akkuyu atom-elektrik stansiyası kimi ciddi strateji layihələr var, bu layihələrin dayandırılması, türk şirkətlərinin Rusiyadan çıxarılması, rus turistlərin Türkiyəyə gedişinin çətinləşdirilməsi, Ankaranı ciddi problemlərlə üz-üzə qoya bilər. Türkiyə bu mesaja yalnız güclü dəstəyə sahib olacağı təqdirdə layiqli cavab verə bilər. Həm də ən azı NATO səviyyəsində dəstəyə. Unutmaq olmaz ki, Rusiyanın mesajları təkcə Türkiyənin hava sərhədlərinin mütəmadi pozulması ilə bitmir. Rusiya kanallarının Kandildən silsilə reportajlara başlaması, yaralı PKK terrorçularının Rusiya xəstəxanalarında müalicəsi ilə bağlı süjetlər də Ankaraya verilən mesajlardandır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR