APA TV-də yeni veriliş - “MOTİVASİYA”

APA TV-də yeni veriliş - <span style="color: red;">“MOTİVASİYA”
# 04 may 2016 12:07 (UTC +04:00)

APA TV-də yeni veriliş efir həyatına başlayır. "Motivasiya" adlı verilişdə insanın hiss və emosiyalarından danışılacaq. Hər verilişdə insan hisslərindən konkret olaraq biri barədə müzakirə açılacaq, bu hissin insan orqanizminə təsiri, mənfi və müsbət cəhətləri barədə fikir mübadiləsi aparılacaq. Aparıcılar o hissin müsbət tərəflərindən necə faydalanmaq, mənfi cəhətlərindən necə xilas olmaq, yaxud təsirini azaltmaq barədə mövcud olan təcrübələri diqqətə çatdıracaqlar.

Kinoşünas Sevda Sultanova, yazar Cavid Zeynallı və İlqar Rəsulun aparıcısı olduqları veriliş həftədə bir dəfə efirə gedəcək.

Layihənin müəllifi İlqar Rəsuldur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR