İraq ordusunun sözçüsü: “Mosulda türk əsgərinə ehtiyac yoxdur”

İraq ordusunun sözçüsü: “Mosulda türk əsgərinə ehtiyac yoxdur”
# 28 dekabr 2015 09:04 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “Mosulda İŞİD-ə qarşı əməliyyatlarda Türkiyənin yardımına ehtiyacımız yoxdur”.

APA-nın “Milliyet”ə istinadən verdiyi xəbərə görə, bunu İraq ordusunun sözçüsü Yəhya Rəsul “Al Hayat” qəzetinə açıqlamasında bildirib. “Hökumət Mosulun azad edilməsində heç bir əlavə hərbi birliyə ehtiyac olmadığını açıqlayıb. Çoxsaylı İraq qüvvələrini nəzərə alsaq, türklərin, ya da başqa qüvvələrin iştirakından söhbət gedə bilməz”, - deyə o, söyləyib.

Qeyd edək ki, şimali İraqdakı peşmərgələrin təlimi üçün Türkiyənin Mosul ətrafına hərbi qüvvə göndərməsindən sonra İraq-Türkiyə münasibətləri gərginləşib. İraqın BMT Təhlükəsizlik Şurasına müraciəti və ABŞ prezidenti Barak Obamanın məsələyə müdaxilə etməsi nəticəsində Türkiyə İraqa göndərdiyi əlavə qüvvələri geri çəkib.

Xatırladaq ki, İŞİD Mosulu 2014-cü ilin iyununda işğal edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR