Rusiya və Azərbaycan "Şimal-Cənub" dəmir yolu dəhlizi üzrə yük daşımalarını artırır

Rusiya və Azərbaycan "Şimal-Cənub" dəmir yolu dəhlizi üzrə yük daşımalarını artırır
# 15 fevral 2016 15:28 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. "Rusiya Dəmir Yolları" holdinqi və "Azərbaycan Dəmir Yolları" QSC "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin inkişafı proqramı çərçivəsində Hindistan-İran-Azərbaycan-Rusiya və əks istiqamətdə yük daşımalarının artırılması istiqamətində səylərini gücləndirəcək.

"APA-Economics" xəbər verir ki, bu barədə "Rusiya Dəmir Yolları"nın yaydığı məlumatda deyilir.

Bildirilir ki, layihənin logistik operatoru qismində "Rusiya Dəmir Yolları Logistika" və "ADY Express" MMC çıxış edəcəklər.

Qeyd olunan marşrut üzrə ilk yüklərin cari ilin martın sonunda göndərilməsi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR