Bu ilin 3 ayında Azərbaycanda əsas kapitala 2,9 mlrd. məbləğində vəsait yönəldilib

 Bu ilin 3 ayında Azərbaycanda əsas kapitala 2,9 mlrd. məbləğində vəsait yönəldilib
# 16 aprel 2016 08:50 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. 2016-cı ilin yanvar-mart aylarında əsas kapitala 2876,8 mln. manat məbləğində vəsait yönəldilib.

APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, istifadə olunmuş vəsaitin 2529,7 mln. manatı və ya 87,9%-i məhsul istehsalı obyektlərinin, 222,1 mln. manatı (7,7%-i) xidmət sahələri üzrə obyektlərin, 125,0 mln. manatı (4,4%-i) isə ümumi sahəsi 334,7 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitlərin 900,9 mln. manatını və ya 31,3%-ni daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitin 2013,4 mln. manatı və ya 70%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR