Rusiya və ABŞ Müdafiə Nazirlikləri Suriyada təhlükəsiz hava əməliyyatlarını müzakirə ediblər

Rusiya və ABŞ Müdafiə Nazirlikləri Suriyada təhlükəsiz hava əməliyyatlarını müzakirə ediblər
# 10 oktyabr 2015 21:23 (UTC +04:00)

Yaxın zamanda daha bir analoji konfransın keçiriləcəyi planlaşdırılır. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Röyters” məlumat yayıb.

Qeyd edək ki, ilk tərəflər arasında ilk videokonfrans oktyabrın 1-də ABŞ-ın təşəbbüsü ilə baş tutub.

Məlumata görə, danışıqlar zamanı Amerika tərəfi razılaşdırılması təklif olunan sənəd təqdim edib. Sənəd Rusiya Silahlı Qüvvələri Baş Qərargahı tərəfindən dəstəklənib, sadəcə ekspert səviyyəsində bəzi texniki detalların dəqiqləşdirmək qərara alınıb.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi ötən gün Suriya hava məkanında əməliyyatlara dair birgə qurumlararası sənədin layihəsinin hazırlandığını və ABŞ-a təqdim olunduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR