Roman Qriqorçuk: “Rəqibi yaxşı təhlil etmişik”

Roman Qriqorçuk: “Rəqibi yaxşı təhlil etmişik”
# 03 avqust 2016 18:50 (UTC +04:00)

Bakı-APA. “Sabahkı oyunun nəticəsi hücumda necə çıxış etməyimizdən asılı olacaq. Təbii ki, hücum etmək istəyəcəyik”.

Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “qırmızı-qaralar” sabah Fransa təmsilçisini qəbul edəcəklər. Səfərdəki matçda 1:1 hesablı heç-heçə etmiş “Qəbələ”yə pley-offa adlaması üçün qolsuz bərabərlik də bəs edir. Cavab görüşündən öncə mətbuat konfransı keçirən Qriqorçuk maraqlı fikirlər səsləndirib.

Ukraynalı çalışdırıcı sabahkı matçın daha çətin olacağını bildirib: “Rəqibin çətin olduğunu bilirik. Amma öz oyun stilimizdən dönməyəcəyik. Sona qədər döyüşəcəyik. Bizim üstünlük verdiyimiz oyun mövqe oyunudu. Yenə buna sadiq qalacağıq. Təbii ki, əks-hücuma keçməyi də bacarmalıyıq. Rəqibin müdafiəsindəki boşluqları özümüzdə qeyd etmişik və sabah hücuma keçəndə bu da nəzərə alınacaq. Rəqibi yaxşı təhlil etmişik. Müdafiəyə gəldikdə ümumi şəkildə müdafiə olunuruq. Rəqiblərimiz dəyişsə də, bizim arzularımız dəyişmir. Yenə də istərdik ki, 5:0, 6:0 hesablı qələbələr əldə edək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR