Tərtərdə təhsil işçiləri ilə görüş keçirilib

Tərtərdə təhsil işçiləri ilə görüş keçirilib
# 08 iyul 2016 14:13 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Tərtər Rayon Mədəniyyət Mərkəzində Tərtər, Ağdam, Ağcabədi, Laçın, Füzuli, Xocavənd rayonlarının təhsil işçiləri ilə görüş keçirilib. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, görüşdə təhsil nazirinin müavini Firudin Qurbanov, nazirliyin məsul əməkdaşları, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Tərtər, Ağdam, Ağcabədi, Laçın, Füzuli, Xocavənd rayonlarının təhsil şöbələrinin müdirləri və əməkdaşları, ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələrinin direktorları və müəllimlər iştirak edib.

Görüşün məqsədi bölgələrdə çalışan təhsil işçiləri ilə sıx əlaqə yaratmaq, onların təklif, rəy və təşəbbüslərindən təhsil sahəsində həyata keçirilən islahatlar prosesində istifadə etmək, təhsil müəssisələrində tərbiyə işinin mövcud vəziyyəti və onun gücləndirilməsinin əsas istiqamətləri barədə tövsiyələr vermək olub.

Görüşdə təhsil nazirinin müavini Firudin Qurbanov milli təhsil quruculuğu sahəsində əldə olunan nailiyyətlərdən, təhsilin inkişafı üzrə Dövlət Strategiyasının həyata keçiriləsi ilə bağlı görülən işlərdən, Təhsil Nazirliyinin keçirdiyi islahatlardan danışıb. Nazir müavini təhsil sistemində tədrislə yanaşı, əsas diqqətin təlim-tərbiyə məsələlərinə, müəllim-sagird münasibətlərinə yönəldiyini və bu işlərin yerinə yetirilməsində müəllimlərin üzərinə böyük vəzifələr düşdüyünü qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR