Azərbaycandakı banklardan biri kapitala olan minimal tələbi yerinə yetirmək üçün subordinasiya krediti cəlb edir

Azərbaycandakı banklardan biri kapitala olan minimal tələbi yerinə yetirmək üçün subordinasiya krediti cəlb edir
# 23 noyabr 2015 11:10 (UTC +04:00)

Bakı - APA-Economics. "AGBank" Mərkəzi Bankın məcmu kapitala olan tələbini yerinə yetirmək üçün subordinasiya krediti cəlb edə bilər.

Bankdan “APA-Economics”in sorğusuna cavab olaraq bildirilib ki, hazırda bankın məcmu kapital 47 mln. manatdır. Beləliklə, Mərkəzi Bankın kapitala olan tələbini yerinə yetirmək üçün banka 3 mln. manat çatmır.

"Bankın bu il ərzində əldə etdiyi mənfəət həmin kapitala yönələcək. Bundan başqa, kapitaldakı çatışmazlıq ya səhmdarların yeni emissiyası hesabına, ya da ki, yeni subordinasiya borcu hesabına bağlanacaq", - deyə bank rəsmisi bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR