"AXA Mbask"ın səhmdarı II rübü 3,2 mlrd. avroluq mənfəətlə başa vurub

"AXA Mbask"ın səhmdarı II rübü 3,2 mlrd. avroluq mənfəətlə başa vurub
# 03 avqust 2016 10:43 (UTC +04:00)

Bakı - APA-Economics. Avropanın ikinci ən iri sığorta şirkəti olan AXA cari ilin II rübündə 3,2 mlrd. avro həcmində mənfəət əldə edib.

"APA-Economics" xəbər verir ki, "Reuters" agentliyinin sorğu keçirdiyi analitiklər bu göstəricinin 3,6 mlrd. avro olacağını proqnozlaşdırıb.

Proqnozlaşdırılandan az olsa da, şirkətin mənfəəti 4% artıb.

Sentyabr ayından etibarən şirkətin rəhbəri vəzifəsinin icrasına başlayacaq Tomas Büberl deyib ki, təbii fəlakətlərə və bir sıra neqativ amillərə baxmayaraq, AXA mənfəətlə işləməyə bacarıb.

Qeyd edək ki, AXA Azərbaycanda fəaliyyət göstərən "AXA Mbask" şirkətinin səhmdarıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR