Ermənistanda tibbi maskalar və virus əleyhinə preparatlar tapılmır

Ermənistanda tibbi maskalar və virus əleyhinə preparatlar tapılmır
# 14 yanvar 2016 12:55 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Ermənistandakı apteklərdə tibbi maskalar, oksalin və digər virus əleyhinə preparatlar tapılmır.

APA-nın “News.am” saytına istinadən verdiyi məlumata görə, İrəvan əhalisi yayılan qrip və kəskin respirator virus infeksiyası ilə bağlı aktiv şəkildə qoruyucu maska və virus əleyhinə dərmanlar alıb. Artıq apteklərdə bu vasitələr yoxdur və əhali dərman və maskaların yenidən gətirilməsini gözləyirlər.

Xatırladaq ki, Ermənistanda qrip və respirator virus infeksiyasının kəskin artması müşahidə olunsa da, Səhiyyə Nazirliyi ölkədə belə bir epidemiyanın yayılmasını təsdiqləmir. Eyni zamanda, artıq “donuz qripi”ndən ölənlərin sayı 11 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR