Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycana gəlir

Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycana gəlir
# 18 dekabr 2015 06:54 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman dekabrın 21-də Azərbaycana səfər edəcək.

Azərbaycan Milli Məclisindən APA-ya verilən məlumata görə, səfər çərçivəsində İ. Qəhrəmanın Azərbaycanın rəsmi şəxsləri, o cümlədən Milli Məclisin sədri Oqtay Əsədovla görüşləri nəzərdə tutulub.

Səfər dekabrın 22-də başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR