Azərbaycanlı diaspor rəhbəri Saxalin vilayəti Rusiya Xalqlar Assambleyasının üzvü seçilib

Azərbaycanlı diaspor rəhbəri Saxalin vilayəti Rusiya Xalqlar Assambleyasının üzvü seçilib
# 14 sentyabr 2015 15:29 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Ümumrusiya Azərbaycan Konqresinin Saxalin vilayəti üzrə regional bölməsinin sədri Nazir Hətəmov Saxalin vilayəti Rusiya Xalqlar Assambleyasının üzvü seçilib.

APA-nın Rusiya bürosunun məlumatına görə, bu barədə bu gün Cənubi Saxalin şəhərində keçirilən Rusiya Xalqlar Assambleyasının iclasında qərar qəbul edilib.

Qeyd edək ki, N. Hətəmov 1976-cı il iyulun 10-da Laçın rayonunun Danbulaq kəndində anadan olub. 1996-cı ildən 2012-ci ilədək Rusiya Silahlı Qüvvələrində xidmətdə olub. Saxalin vilayətinin Hərbi Komissarlıq xidmətinin rəisi vəzifəsində çalışıb. Kapitan hərbi rütbəsi daşıyan həmyerlimiz 2012-c il dekabr ayının 1-dən ehtiyata buraxılıb. Hazırda Rusiya Silahlı qüvvələrinin təqaüdçüsüdür.

Fərdi sahibkar olan N. Hətəmov Rusiya Silahlı Qüvvələrindən ehtiyata buraxıldıqdan sonra fəal diaspor fəaliyyəti ilə məşğul olmağa başlayıb. O, 2013-cü ilin iyun ayından Ümumrusiya Azərbaycan Konqresinin Saxalin vilayəti üzrə regional bölməsinin sədridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR