"Azər Türk Bank" "Bayram endirimləri" kampaniyasına start verib

"Azər Türk Bank" "Bayram endirimləri" kampaniyasına start verib
# 01 mart 2016 07:28 (UTC +04:00)

Bakı - APA-Economics. "Azər Türk Bank" müştərilərə təqdim etdiyi ödəniş kartları üzrə yeni kampaniyaya start verib.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, Novruz bayramı münasibətilə 01.03.2016 - 01.04.2016 tarixlərində ödəniş kartı əldə etmək üçün banka müraciət edən bütün müştərilərə kart xidmət haqqının 50%-i dəyərində endirim ediləcək.

Əlavə olaraq, bank tərəfindən 8 mart Beynəlxalq Qadınlar günü münasibətilə 01.03.2016 - 11.03.2016 tarixlərində banka müraciət edən xanımlar və evli cütlüklər üçün də xüsusi təklif hazırlanıb. Belə ki, həmin tarixlərdə ödəniş kartları üçün müraciət edən xanımlara xidmət haqqının 50%-i dəyərində endirim ediləcək. Evli cütlüklərə isə hər ikisi ödəniş kartı sifariş etdikdə, ödənişi daha yüksək olan kart 50% endirimlə, digəri isə ödənişsiz təqdim olunacaq.

Nəzərinizə çatdırırıq ki, kampaniya etibarlılıq müddəti 1 il olan kartlara şamil edilir.

Həmçinin, "Azər Türk Bank"ın əmək haqqı kart sahiblərinə təklif olunan "Korporativ" kredit məhsulu nağdlaşdırılan zaman 1% birdəfəlik xidmət haqqı komissiyası tətbiq olunacaq.

Bu kampaniya, eləcə də bankın digər məhsul və xidmətləri barədə ətraflı məlumatı www.azerturkbank.az saytından, 945 nömrəli Müştəri Xidmətindən və "Azər Türk Bank"ın sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə edə bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR