Naxçıvana dövlət büdcəsindən ayrılacaq dotasiyalar azalıb

 Naxçıvana dövlət büdcəsindən ayrılacaq dotasiyalar azalıb
# 14 sentyabr 2015 15:30 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. İcmal büdcənin tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlir və xərcləri bərabər olaraq 351,4 mln. manat proqnozlaşdırılır.

Maliyyə Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bu barədə Azərbaycanın 2016-cı ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında bildirilib.

Xərclərin 19,6%-i və yaxud 69,0 mln. manatı Naxçıvan Muxtar Respublikasının öz gəlirləri, 80,4%-i və yaxud 282,4 mln. manatı dövlət büdcəsindən ayrılan dotasiya hesabına formalaşdırılıb. Əvvəlki illə müqayisədə Naxçıvan Muxtar Respublikasına dövlət büdcəsindən ayrılan dotasiyanın məbləği 15,4 mln. manat və yaxud 5,2%-i azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR