Türkiyə prezidenti: “Cəza “Qalatasaray”a yox, günahı olan şəxslərə verilməlidi”

Türkiyə prezidenti: “Cəza “Qalatasaray”a yox, günahı olan şəxslərə verilməlidi”
# 04 mart 2016 10:50 (UTC +04:00)

Bakı – APA. “UEFA niyə “Qalatasaray”ı cəzalandırır? Cəza bu məsələdə günahı olan klub rəsmilərinə verilməlidi. “Qalatasaray”ın 20-25 milyon azarkeşi var. Əgər klubu cəzalandırırsansa, deməli, onun azarkeşlərini də cəzalandırırsan”. Apasport.az saytının “Hurriyet” qəzetinə istinadən xəbərinə görə, bunu Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan deyib.

Dövlət başçısı UEFA-nın “Qalatasaray”ı avrokuboklardan 1 illik uzaqlaşdırmasına münasibət bildirib.

Onun fikrincə, İstanbul klubundakı cavabdeh şəxslər cəzalandırılsaydı, daha doğru olardı: “Mən baş nazir olanda UEFA prezidenti Mişel Platini, həmçinin daha sonra FİFA prezidenti olacaq Canni İnfantino Avropa çempionatı ilə əlaqədar, İstanbula gəlmişdilər. Onlarla həmin vaxt danışanda da hüquqi şəxslərin cəzalandırılmasının hüquqa təhqir olduğunu bildirmişdim. Belə hüquq olmaz. Demişdim ki, əgər cəza verirsizsə, həmin klubların prezidentlərinə və ya günahı olan digər rəsmilərinə verməlisiz. Platini isə mənə “Bu, həmişə belə olub, bundan sonra da dəyişməz” demişdi. Bu iş belə getməz. Yanlış məntiq, yanlış anlayışdı. Ümid edirəm ki, bunlar nəzərə alınar və həqiqətən, günahı olanlar cəzalandırılar, hüquqi şəxslər isə cəzalandırılmaz”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR