Kəmaləddin Heydərov Qazax şəhərində vətəndaşları qəbul edəcək

Kəmaləddin Heydərov Qazax şəhərində vətəndaşları qəbul edəcək
# 25 noyabr 2015 13:30 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qazax şəhərində vətəndaşları qəbul edəcək.


Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəbul 27 noyabr 2015-ci il tarixində, saat 11.00-da Qazax şəhərində, Qazax Olimpiya İdman Kompleksinin inzibati binasında keçiriləcək.

Qəbulda yalnız Qazax, Ağstafa, Tovuz, Şəmkir rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşların qeydiyyatı Qazax Olimpiya İdman Kompleksinin inzibati binasında 26 noyabr 2015-ci il tarixində saat 09.00-da başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR