ABŞ-da daşqınlar nəticəsində 3 nəfər ölüb

ABŞ-da daşqınlar nəticəsində 3 nəfər ölüb
# 28 noyabr 2015 04:47 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Texas ştatında davam edən şiddətli yağış və daşqın nəticəsində 3 nəfər ölüb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, xilasedicilər Qarlend şəhərində körpüdən suya düşən avtomobilin içindən 29-yaşlı kişinin meyitini tapıblar.

Fort-Uert şəhərində suda batmış avtomobildə 33 yaşlı qadının meyiti aşkarlanıb. Şəxsiyyəti müəyyən edilməmiş daha bir şəxsin meyiti isə Mensfild şəhəri yaxınlığında tapılıb.

Texas ştatında uzun müddət yağan yağışlar bir neçə çayı sahilindən çıxarıb. Sinoptiklər yaxın günlərdə leysan yağışların davam edəcəyini proqnozlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR