Türkiyə Suriya ilə bağlı danışıqlara Misirin cəlb olunmasının əleyhinədir

Türkiyə Suriya ilə bağlı danışıqlara Misirin cəlb olunmasının əleyhinədir
# 24 oktyabr 2015 11:00 (UTC +04:00)

Bakı - APA. Avstriyanın paytaxtı Vyanada Suriya ilə bağlı ABŞ, Rusiya, Türkiyə və Səudiyyə Ərəbistanı xarici işlər nazirlərinin görüşündə Sergey Lavrov bundan sonra keçiriləcək toplantılarda bölgənin iki önəmli aktoru - İran və Misirin də yer almasının vacibliyi barədə fikir səsləndirib.

APA-nın “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, Rusiyanın xarici işlər naziri Lavrov xüsusilə İranın olmadığı bir formatda Suriya məsələsinin həllinin çətin olduğunu bildirib. İranın danışıqlarda iştirakının əleyhinə çıxmayan rəsmi Ankara isə Misirin prosesə qatılması təklifindən narahat olub. Toplantıdan sonra Serqey Lavrovla görüş keçirən Türkiyənin xarici işlər baziri Firudin Sinirlioğlu Türkiyənin Misirlə eyni masa arxasında əyləşməsinin çətinliklərini izah edib.

Səudiyyə Ərəbistanı isə öz növbəsində İranın prosesə qatılması təklifindən narahatlıq keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR