Avropa Liqasında ən məhsuldar oyunçuların siyahısı açıqlanıb

Avropa Liqasında ən məhsuldar oyunçuların siyahısı açıqlanıb
# 23 oktyabr 2015 08:05 (UTC +04:00)

Bakı – APA. Avropa Liqasında ən məhsuldar oyunçuların siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, qrup mərhələsinin I dövrəsi başa çatdıqdan sonra 37 futbolçu 2 və ya daha çox qol vurub.

Siyahıya Franko di Santo (“şalke”, Almaniya) başçılıq edir. Onun hesabında 4 qol var.

İlk “onluq”da hərəyə 3 qol vuran 9 oyunçu da yer alıb. Onlar arasında Pyer-Emerik Obameyanq da yer alıb. Dortmund “Borussiya”sının legioneri hər 3 qolunu dünən Bakıda “Qəbələ” ilə oyunda vurub. Het-trikə imza atan qabonlu ilə eyni sayda qol vuranlar arasında Moskva “Lokomotiv”inin azərbaycanlı futbolçusu Aleksandr Səmədov da var.

Hərəyə 2 dəfə fərqlənib, bombardirlər siyahısında 11-37-ci yerləri bölən 27 oyunçu arasında iki təmsilçimiz var. “Qarabağ”da çıxış edən Riçard Almeyda və “Qəbələ”nin üzvü Dodo da bu siyahıda qərarlaşıb. Braziliyalılarımız ardıcıl 2 matçda fərqlənib. Almeyda ilk iki turda, Dodo isə son iki qarşılaşmada fərqlənib.

Avropa Liqasının bombardirləri

1. Franko di Santo (“Şalke”, Almaniya) - 4

2-10. Fernandao (“Fənərbaxça”, Türkiyə), Arits Aduris (“Atletik”, İspaniya), Ştefen Hofman (“Rapid”, Avstriya), Pyer-Emerik Obameyanq (“Borussiya” D, Almaniya), Xose Kalyexon, Dries Martens (hər ikisi “Napoli”, İtaliya), Aleksandr Səmədov (“Lokomotiv”, Rusiya), Andriya Jivkoviç (“Partizan”, Serbiya), Klaas-Yaan Huntelaar (“Şalke”, Almaniya) – hamısı 3.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR