Portuqaliya təşkilatları Azərbaycanın ərazi planlaşdırılması sənədlərinin hazırlanmasında iştirak edə bilər - FOTOSESSİYA

Portuqaliya təşkilatları Azərbaycanın ərazi planlaşdırılması sənədlərinin hazırlanmasında iştirak edə bilər - <span style="color: red;">FOTOSESSİYA
# 17 sentyabr 2015 15:19 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov Portuqaliyanın Türkiyədəki səfiri Jorj Kabralın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Komitədən “APA-Economics”ə verilən məlumata görə, A.Ələsgərov səfiri və nümayəndə heyətini salamladıqdan sonra qonaqlara komitənin fəaliyyəti və görülən işlər barədə məlumat verilib.

Səfir J.Kabral bildirib ki, Portuqaliya tərəfi komitə ilə ərazi planlaşdırılması sahəsində əməkdaşlıqda maraqlıdır.

Sonra Portuqaliyanın “CENOR” Consulting Engineers şirkətinin nümayəndəsi Ayçin Mungan öz şirkətləri barədə ətraflı məlumat verərək Azərbaycanda hazırlanan ərazi planlaşdırma sənədlərinin hazırlanmasında iştirak etmək niyyətində olduqlarını bildirib.

Görüşdə qonaqları maraqlandıran suallar cavablandırılıb və qeyd olunub ki, Portuqaliyanın layihələndirmə təşkilatları Azərbaycan qanunvericiliyinə uyğun şəkildə ərazi planlaşdırılması sənədlərinin hazırlanmasında iştirak edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR