Bakıda İran kino həftəsi keçiriləcək

Bakıda İran kino həftəsi keçiriləcək
# 11 may 2016 09:36 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Bakıda İran kino həftəsi keçiriləcək.

İranın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, tədbir səfirliyinin Mədəniyyət Mərkəzi ilə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutacaq.

Açılış mərasimi mayın 14-də Nizami Kino Mərkəzində keçiriləcək. Nizami Kino Mərkəzində mayın 14-də “143-cü çuxur”, mayın 15-də “Bir dişləm qənd”, mayın 16-da “Bu gün”, mayın 17-də isə “Nəqqaşlıq hovuzu” filmləri nümayiş etdiriləcək. Nümayiş saat 19:00-da olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR