Akademik Teymur Kərimli: “Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bizə kömək etmir”

Akademik Teymur Kərimli:  “Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bizə kömək etmir”
# 10 fevral 2016 13:07 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Nəsimi adına Dilçilik İnstitutunun “Qaynar xətt”inin fəaliyyətə başlaması üçün bizə kömək etmir”.

APA-nın xəbərinə görə, bunu akademik Teymur Kərimli AMEA-nın Humanitar Elmlər Bölməsinin 2015-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı zamanı deyib. O qeyd edib ki, Dilçilik İnstitutunun “Qaynar xətt”i 2014-cü ildə işə düşməli idi: “Nazirlik institutu lazımi avadanlıqlarla təmin etmədiyindən “Qaynar xətt” hələ də işə düşməyib. Ümid edirik ki, nazirliyin yeni rəhbərliyi bu məsələdə bizə kömək edəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR