İran Rəşt-Astara dəmir yolunun maliyyələşdirilməsi üçün Azərbaycan və Rusiya ilə danışıqlar aparır

İran Rəşt-Astara dəmir yolunun maliyyələşdirilməsi üçün Azərbaycan və Rusiya ilə danışıqlar aparır
# 24 may 2016 15:03 (UTC +04:00)

Tehran. Süleyman Fərzəliyev - APA. "Azərbaycan tərəfi Rəşt-Astara dəmir yolu layihəsini maliyyələşdirməkdə maraqlıdır". Bunu APA-ya açıqlamasında İranın Dəmiryol İdarəsinin rəis müavini Əhməd Xudayi deyib.


"Biz Rəşt-Astara dəmir yolu layihəsinin maliyyələşdirilməsi üçün azərbaycanlı investorlar və "Rusiya Dəmir Yolları" QSC ilə müzakirələr aparırıq. Müzakirələr müsbət nəticələnərsə, dəmir yolunun tikintisinə başlanacaq. Şimal-Cənub dəhlizi bütün tərəflər üçün gəlirli və önəmli layihədir. Əgər sərmayə yatırılarsa, İran bu vəsaitin qaytarılması ilə bağlı müxtəlif variantlar üzərində işləyəcək", - deyə Ə. Xudayi qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR