İsrail prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib

İsrail prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib
# 31 may 2016 12:56 (UTC +04:00)

Bakı – APA. İsrail prezidenti Reuven Rivlin Azərbaycan rrezidenti İlham Əliyevi 28 May-Resrublika Günü münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, R. Rivlinin məktubunda deyilir:

“Milli bayramınız - Resrublika Günü münasibətilə Zati-alinizə və Azərbaycan xalqına İsrail xalqı adından və şəxsən öz adımdan davamlı inkişaf, rifah arzulayır, səmimi təbriklərimi çatdırıram. Zati-aliləri, xahiş edirəm ən dərin ehtiramımı qəbul edin”.

İ. Əliyevi həmçinin Mavritaniya prezidenti Məhəmməd Uld Əbdüləziz, Monqolustan prezidenti Saxiaqiyn Elbeqdory, Liberiya prezidenti Ellen Conson-Serlif və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Yoze Qratsiano da Silva təbrik ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR