Azərbaycan səfiri Bolqarıstanın “Stara Planina” ordeni ilə təltif olunub

Azərbaycan səfiri Bolqarıstanın “Stara Planina” ordeni ilə təltif olunub
# 11 yanvar 2016 10:12 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Bolqarıstan prezidenti Rosen Plevneliyev Azərbaycanın Sofiyadakı səfiri Emil Kərimovu birinci dərəcəli “Stara Planina” ordeni ilə mükafatlandıracaq.

APA-nın “focus-news.net” saytına istinadən verdiyi xəbərə görə, bu barədə prezidentin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Qeyd edilir ki, diplomat bu mükafata Azərbaycan-Bolqarıstan münasibətlərinin inkişafına verdiyi töhfəyə görə layiq görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR