"DəmirBank" xarici valyutada əmanət yerləşdirmək istəyənlərə sərfəli təklif edir

"DəmirBank" xarici valyutada əmanət yerləşdirmək istəyənlərə sərfəli təklif edir
# 28 yanvar 2016 07:53 (UTC +04:00)

Bakı - APA-Economics. "DəmirBank" manat vəsaiti olan, lakin xarici valyutada əmanət açmaq istəyənlərə çox sərfəli şərtlər təklif edir. Bankdan "APA-Economics"ə verilən məlumata görə, müştərilər "DəmirBank"ın istənilən filialına yaxınlaşıb manat vəsaitini Mərkəzi Bank məzənnəsi ilə konvertasiya edərək xarici valyutada əmanət yerləşdirə bilərlər.

Qeyd edək ki, "DəmirBank" müxtəlif əmanət növləri təklif edir. Hazırda 1, 3, 6, 9 və ya 12 aylıq açılmağından asılı olmayaraq dollar əmanətlərini illik 9%-lə yerləşdirmək mümkündür. Həmçinin, əmanət növündən asılı olaraq müştərilər istənilən zaman vəsaitlərini əlavə edə və cəriməsiz tam və ya qismən çıxara bilər. Əmanətlərin artırılması prosesinin sadələşdirilməsi məqsədilə, müştərilər üçün banka məxsus terminallardan vəsait əlavə etmək imkanı da yaradılıb.

“DəmirBank” Əmanətlərin Sığortalanması Fondunun üzvüdür. Bu isə “Əmanətlərin sığortalanması haqqında” Qanununun şərtlərinə müvafiq olaraq əhalinin yerləşdirdiyi əmanətlərinin sığortalanmasını təmin edir.

Bankla əlaqə saxlamaq üçün:

Məlumat Mərkəzi : (012) 149

http://www.demirbank.az/?/az/

www.facebook.com/demirbank.az

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR