“Azər Gaz Ekbatan” Azərbaycanda filial açır

“Azər Gaz Ekbatan” Azərbaycanda filial açır
# 07 yanvar 2016 11:44 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. “Azər Gaz Ekbatan” QSC Azərbaycanda filial açır.

APA-Economics”in Vergilər qəzetinə istinadən verdiyi məlumata görə, şirkətin qanuni təmsilçisi Hassani Babakdir.

Bundan başqa, şirkət ötən il dekabrın 10-da qeydiyyatdan keçib.

Qeyd edək ki, 1983-cü ildən fəaliyyətə başlayan “Ekbatan Gas Control” şirkəti “Oil Industry Investment Company”nin (O.I.I.C Public Joint Stock) tabeliyində fəaliyyət göstərir və İranda, Yaxın Şərqdə neft, qaz avadanlıqlarının əsas istehsalçısı kimi tanınır. Şirkətin baş ofisi İranın Həmədan şəhərində yerləşir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR