Zakir Nuriyev: "Konsolidasiya məsələsi "Rabitəbank"ın gündəmində yoxdur"

Zakir Nuriyev: "Konsolidasiya məsələsi "Rabitəbank"ın gündəmində yoxdur"
# 27 yanvar 2016 09:50 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. "Rabitəbank" ASC-nin konsolidasiya məsələsi gündəmdə deyil".

Bunu “APA-Economics”ə eksklüziv açıqlamasında bankın Müşahidə Şurasının sədri Zakir Nuriyev deyib.

"Buna ehtiyac görmürük", - deyə sədr qeyd edib.

Onun sözlərinə görə, yaxın vaxtlarda bankın İdarə Heyətinin tərkibində də heç bir dəyişiklik gözlənilmir: "Hazırda İdarə Heyəti sədr və 6 baş direktordan ibarətdir. İdarə Heyətinə başqa üzvün və ya üzvlərin təyin olunması gözlənilmir".

Qeyd edək ki, hal-hazırda bankın İdarə Heyətinin sədri Elçin Qədimovdur. Arif Zeynalov, Aydın Hüseynov, Eldar Ağayev, Seyran Nuriyev, Ceyhun İbrahimov, Ziya Nuriyev isə bankın baş direktorları siyahısında təmsil olunurlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR