Əmlak Məsələləri Dövlət Komitəsi özəlləşdirmə portalını istifadəyə verib

Əmlak Məsələləri Dövlət Komitəsi özəlləşdirmə portalını istifadəyə verib
# 26 iyul 2016 10:03 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi Özəlləşdirmə Portalının yaradılması və istifadəyə verilməsi ilə bağlı ictimai təqdimat keçirib. “APA-Economics” xəbər verir ki, Azərbaycan və ingilis dilində təqdim olunan portalda olan məlumatların sosial şəbəkələrdə paylaşılması imkanları da mövcuddur.

Eyni zamanda portalda özəlləşmə prosesində iştirak edən və potensial investorlar üçün yarana biləcək sualların daha çevik və dolğun şəkildə cavablandırılması məqsədi ilə "onlayn əlaqə" xidməti də fəaliyyət göstərəcək. Yeni portal ölkədə özəlləşdirmə sahəsində həyata keçirilən tədbirlərin işıqlandırılması, bu sahədə şəffaflığı və çevikliyi, özəlləşdirmə prosesinə geniş ictimaiyyətin, strateji investorların cəlb edilməsini təmin edəcək.

Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov bildirib ki, bu sahədə qabaqcıl beynəlxalq təcrübənin, müasir mexanizmlərin və optimal üsulların tətbiqi olduqca vacibdir: "Bütün bu islahatlar qeyri-neft sektorunun inkişafına dəstək, rəqabət mühitinin formalaşdırılması, iqtisadiyyata yerli və xarici sərmayələrin cəlb olunması məqsədi daşıyır. Həyata keçirilən yeni iqtisadi islahatların fonunda dövlət əmlakının özəlləşdirilməsi və idarə edilməsi sahəsində yeni mərhələ başlanıb. Artıq özəlləşdirilməyə çıxarılacaq müəssisələrin siyahısı hazırlanıb və təhlil edilib. Bu proseslərə beynəlxalq şirkətlərdən məsləhətçilər və ekspertlər cəlb edilib. Bütün bu işlərin nəticəsi olaraq regionlarda sahibkarlığın inkişafına və iqtisadi aktivliyin təmin edilməsinə nail olunacaq".

Daha sonra portalın təqdimatı keçirilib.

Tədbirdə "KPMG", "PwC", "Ernst & Young" "Deloitte & Touche", "Baker & McKenzie", "McKinsey & Company" kimi beynəlxalq məsləhətçi şirkətləri, xarici beynəlxalq təşkilatlar, dövlət qurumları, ictimai təşkilatlar iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR