Kosta-Rika Azərbaycanda səfirlik açacaq

Kosta-Rika Azərbaycanda səfirlik açacaq
# 07 yanvar 2016 12:48 (UTC +04:00)

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Kosta-Rika Respublikasının Xarici İşlər və Etiqad Nazirliyindən daxil olmuş notada Kosta- Rikanın 2016-cı ildə Azərbaycanda səfirlik açmaq niyyəti ifadə olunub.

Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən verilmiş cavab notasında Kosta-Rikanın bu qərarının alqışlandığı və səfirliyin fəaliyyətinin iki ölkə arasında əlaqələrin inkişafına mühüm töhfə verəcəyi qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR