Komitə sədri: "Bakı Ağ Şəhər Bulvar xətti dünyanın ən uzun bulvarına çevriləcək"

Komitə sədri: "Bakı Ağ Şəhər Bulvar xətti dünyanın ən uzun bulvarına çevriləcək"
# 29 fevral 2016 10:00 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. "Hazırda Bakı buxtasının lap mərkəzində yerləşən Qara Şəhərin dirçəlməsi və dinamik inkişafda olan şəhər infrastrukturu ilə əhatə olunmuş 221 ha ərazinin yeni təyinatlı şəhər kimi canlanması üçün indiyə kimi görünməmiş perspektiv yaranıb". "APA-Economics" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov bildirib.


Komitə sədrinin sözlərinə görə, “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı” çərçivəsində, köhnəlmiş sənaye obyektlərinin şəhərin hüdudlarından kənara çıxarılması, çirklənmiş torpaqların təmizlənməsi və sahilyanı bulvarın abadlaşdırılması işləri həyata keçirilib.

"Ən əsas nəqliyyat magistrallarından biri olan və Bakını Heydər Əliyev aeroportu ilə birləşdirən Nobel prospektinin keçdiyi Qara şəhərin bərpa olunması və planlaşdırılması haqqında qərar qəbul edilib", - deyə A. Ələsgərov vurğulayıb.

A. Ələsgərov vurğulayıb ki, Bakı Ağ Şəhər layihəsinin baş məsləhətçisi qismində, mühəndis və memarlıq layihələndirilməsi üzrə dünyanın tanınmış şirkəti "Atkins" (Böyük Britaniya) çıxış edib: "Layihə üzərində işə azərbaycanlı mütəxəssislərlə yanaşı, məşhur Norman Foster tərəfindən əsası qoyulmuş məşhur "Fosters + Partners" memarlıq şirkəti və kommersiya məkanlarının təşkilində böyük təcrübəyə malik olan, ABŞ-ın tanınmış “F+A Architects” arxitektura bürosu cəlb edilib. Bakı Ağ Şəhər layihəsinin reallaşdırılması ilə Qara Şəhərin sənaye siması keçmişdə qalacaq və yerini Bakı Ağ Şəhər adlı harmoniya və rahatlıq məkanına verərək, öz təkrarolunmaz cizgiləri ilə regionda lider olan Bakı şəhərinin yeni müasir mərkəzinə çevriləcək. Bakı Ağ Şəhər mövcud olan Bulvar xəttini daha 1,3 km uzadaraq, onu dünyada ən uzun bulvara çevirəcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR