Türkiyəli kolleksiyaçı: “Heç tanımadığım gənc rəssamların tablolarını alıram” - MÜSAHİBƏ

Türkiyəli kolleksiyaçı: “Heç tanımadığım gənc rəssamların tablolarını alıram” - <span style="color: red;">MÜSAHİBƏ
# 30 mart 2016 08:05 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə - APA. Mudo ticarət markasının və mağazalar şəbəkəsinin sahibi, sənət kolleksiyaçısı Mustafa Taviloğlunun APA-ya müsahibəsi

- Siz Renessans dövrünün Florensiyasında Mediçi ailəsinin gördüyü işi görüb, sənət əsərlərinə önəmli miqdarda pul xərcləyirsiniz. Türk kolleksiyaçılığının bir əsrlik tarixində öz yerinizi harada görürsünüz? Sizdən əvvəl Koç ailəsi var, Sabancı var, İstanbul modern var...

- Sən indi mənə o qədər gözəl bir sual verirsən ki... Bu, çox geniş mövzudur. Başqa bir iş mühitindən sənət mühitinə keçdik. Gələn il burada sənət məsələlərini də müzakirə edəcəyik, proqramın bir bölümünə sənət məsələləri daxil ediləcək. Mən də Raufa (Uludağ iqtisadiyyat zirvə toplantısının təşkilatçısı, “Capital” və “Ekonomist” dərgilərinin nəşr direktoru Rauf Atəşi nəzərdə tutur - M.Ə.) söz verdim, gəlib çıxış edəcəyəm. Pul qazanıb o pulun bir hissəsini sənət sahəsində dəyərləndirməyə çox müsbət, müqəddəs və faydalı iş kimi baxıram. Yaxşı ki, sənətə maraq göstərmişəm, sənətdə başqa ruh var. Özüm sənətkar olmadığıma görə, sənətin müştərisi tərəfində qaldım. Sənət əsərlərini alıb-satmağı da sevmirəm. Qismət məni kolleksiyaçı yapdı. Bundan əlavə, kolleksiyamı daha çox sənətsevərin görməsi üçün bir sənət ortamı yaratmaq istəyirəm. Hədəfimdə o var.

- Muzey quracaqsınızmı?

- Muzey sözünü sevmirəm, ancaq sənət mərkəzi yaratmaq, kolleksiyamdakı əsərləri başqalarıyla da bölüşmək üçün bir ortam qurmaq istəyirəm.

- Türk rəsm sənətinin 200 illik tarixində hansı önəmli rəssamların tablolarını kolleksiyanıza daxil edə bilmisiniz?

- Bunu məndən həmişə soruşurlar. “Hansı rəssamı bəyənirsən?” - sualını verirlər. Mən hər hansı bir tablonu almışamsa, demək ki, onu bəyənirəm. Burada ayrı-seçkilik yapmaq düz deyil. Tanıdığım, arkadaş olduğum rəssamlar var, onların arasında ayrı-seçkilik qoymağı doğru hesab etmirəm. Ölənlərdən danışsam, Allah rəhmət eləsin, Burhan Uyğur dostum idi, çox sevdiyim rəssam idi. Mən çox insanı tanıyıram, ona görə ad çəkməyim səhv olar. Rəssam olmayıb memar olan, ancaq gözəl tablolar çəkən bir sənətkarın adını verim: Cihat Burak. O biri rəssamların da məndə çox yaxşı tabloları var. Aldığım tabloların hamısı mənim üçün çox önəmlidir.

- Gənc və orta yaşlı türk rəssamlarının tablolarını aldığınızı bilirəm. İndi əsas kimlərə üstünlük verirsiniz?

- O cür deyil. İndi sadəcə və sadəcə adını bilmədiyim gənc rəssamlardan tablolar alıram. Son 5 ildə. Orta yaş yoxdur, sadəcə gənc rəssamlardan tablo alıram.

- Bizə vaxt ayırdığınıza görə təşəkkür edirik.

- Bu yaxınlarda Bakıda mağaza açacağam. Orada görüşərik.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR