Bakıda “VAZ” markalı avtomobil dairəyə çırpılıb, sürücü ölüb

Bakıda “VAZ” markalı avtomobil dairəyə çırpılıb, sürücü ölüb
# 15 aprel 2016 06:19 (UTC +04:00)

Bakı-APA. Bakıda sürücünün ölümü ilə nəticələnən yol qəzası baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Qaradağ rayonunda “VAZ” markalı minik avtomobilinin dairəyə çırpılması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. Dərhal FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub, avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü, 1992-ci il təvəllüdlü Vüsal Aslan oğlu Cəbrayılzadənin cəsədini avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR