TQDK növbəti SAT imtahanını keçirəcək

TQDK növbəti SAT imtahanını keçirəcək
# 29 avqust 2016 08:24 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) oktyabrın 1-də növbəti SAT imtahanını keçirəcək.

TQDK-dan APA-ya verilən məlumata görə, SAT imtahanında iştirak etmək istəyənlərin qeydiyyatı başlayıb. Bildirilib ki, qeydiyyat sentyabrın 2-i saat 09.00-dək davam edəcək: “Gözləmə siyahısı üçün qeydiyyat isə sentyabrın 21-ə kimi davam edəcək. Qeydiyyatdan keçmək haqqında ətraflı məlumatı bu keçiddən http://www.tqdk.gov.az/exam/sat/ əldə etmək mümkündür”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR