Azərbaycanda bayram günlərində qatarlarla daşınan sərnişinlərin sayı açıqlanıb

Azərbaycanda bayram günlərində qatarlarla daşınan sərnişinlərin sayı açıqlanıb
# 06 yanvar 2016 10:14 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Bayram günlərində (28 dekabr 2015-ci ildən 4 yanvar 2016-cı ilə kimi) ölkə daxilində hərəkət edən sərnişin qatarlarına və Bakı-Tbilisi sürət qatarına əlavə 104 vaqon qoşulub.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, ümumilikdə bayram günlərində 8 gün ərzində ölkə daxilində hərəkət edən sərnişin qatarları və Bakı-Tbilisi sürət qatarı ilə 37380 sərnişin daşınıb.

Qeyd edək ki, bayram günlərində sərnişin axınının artması adi hala çevrilib. Rahat və ucuz nəqliyyat vasitəsi kimi vətəndaşlarımız dəmir yolunun xidmətlərindən istifadəyə üstünlük verirlər. “Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişin daşımaları Departamentinin kollektivi yeni 2016-cı il ərəfəsində gücləndirilmiş iş rejimində çalışıb, sərnişin sıxlığının artması ilə əlaqədar ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 10-15, bəzən də 20 ədəd əlavə vaqonun qoşulmasını təmin edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR