DİP parlament seçkisində 45 namizədlə iştirak edəcək

DİP parlament seçkisində 45 namizədlə iştirak edəcək
# 16 sentyabr 2015 09:51 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Demokratik İslahatlar Partiyasının (DİP) Siyasi Şurası Azərbaycanda keçiriləcək parlament seçkilərində iştirak edəcək namizədlərini təsdiqləyib.

Partiyadan APA-ya verilən məlumata görə, Siyasi Şuranın qərarına əsasən seçkilərdə müxtəlif seçki dairələri üzrə partiyanın 44 namizədi iştirak edəcək.

Partiya sədri Asim Mollazadə isə namizədliyini hazırda deputatı olduğu 22 saylı Nəsimi 2-ci Seçki Dairəsindən irəli sürəcək.

Artıq partiyanın səlahiyyətli nümayəndələri Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən təsdiqlənib. Partiyanın namizədləri ilə bağlı müvafiq sənədlər isə DSK-lara təqdim edilir.

Qeyd edək ki, Azərbaycanda parlament seçkiləri noyabrın 1-də keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR